Avropa Ukraynanın iştirakı ilə vahid silah bazarı yaradacaq
Avropa Komissiyası (AK) rəsmi olaraq ilk dəfə olaraq Ukraynanın da daxil olduğu Aİ-nin vahid silah bazarının yaradılmasını təklif edib.
TodayPress xəbər verir ki, bu barədə AK bəyanat yayıb.
"Avropa Komissiyası müdafiə məhsulları üçün Avropa vahid bazarının yaradılmasını təklif edir, yəni digər Aİ ölkələrində müdafiə sifarişlərinin yerləşdirilməsi milli ərazidə sifarişlərin yerləşdirilməsindən fərqlənməyəcək, bu, təkcə son məhsullara deyil, həm də bütün komponentlərə şamil edilməlidir" bəyanatda bildirilib.
Avropa Komissiyası həmçinin, vahid Avropa ordusu yaratmaq niyyətində olmadığını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl AK 2030-cu ilə qədər Avropa İttifaqının hərbiləşdirilməsi planını təqdim edib. Buraya, digər məsələlərlə yanaşı, Ukraynanı silahlandırmaq və Kiyevə hərbi yardımı artırmaq planı da daxildir.
Türkan İsgəndərli
tag: Ukrayna,Avropa Komissiyası,Avropa İttifaqı,todaypress.az,Silah,