Avropa yeni raket layihələri axtarır

Dünya

25.03.2025 14:16

2172

Avropa Kosmik Agentliyi (ESA) peyklərin buraxılması üçün yeni raketlərin yaradılması üzrə müsabiqə elan edib. 

TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb. 

Məlumata görə, martın 24-də elan olunan “European Launcher Challenge” (ELC) müsabiqəsinə müraciətlər mayın 5-dək qəbul ediləcək.

Qalib şirkətlərə 169 milyon avroya qədər qrant ayrılacaq. 

Vəsaitlər 2026-2030-cu illərdə ESA və onun tərəfdaşları üçün raket buraxılışı xidmətlərinin göstərilməsinə və ya 2028-ci ilə qədər buraxılış imkanlarının təkmilləşdirilməsinə sərf edilməlidir. 

Qeyd edək ki, ötən ilin mart ayında Fransa hökuməti kosmik raket layihələri üzərində çalışan dörd startap şirkətinə ümumilikdə 400 milyon avro subsidiya ayırmışdı. 

Qiymət Mahir

tag: Avropa,Raket,Axtarış,ABŞ,Todaypress.az,