Avropada genişmiqyaslı münaqişənin başlama tarixi açıqlandı
"Rusiya 5 ildən sonra genişmiqyaslı müharibəyə hazır ola bilər ki, bu da NATO ölkələri üçün potensial təhlükə yaradır".
TodayPress xəbər verir ki, Avropada mümkün münaqişənin başlama vaxtı Danimarka kəşfiyyatı tərəfindən təxmin edilib.
Kəşfiyyatın proqnozuna görə, Rusiya təxminən 6 ay ərzində ölkə ilə həmsərhəd olan dövlətdə lokal müharibə apara biləcək. Rəsmi Moskva təxminən iki ildən sonra bir neçə NATO ölkəsi üçün real təhlükə yarada biləcək. Beləliklə Rusiya 5 ildən sonra Avropa qitəsində ABŞ-nin müdaxilə etməyəcəyi genişmiqyaslı müharibəyə hazır ola bilər.
Eyni zamanda bildirilir ki, Danimarka kəşfiyyatçıları Rusiyanın Ukraynada və başqa yerlərdə eyni vaxtda hərbi əməliyyatlar keçirməsini “mümkün olmayan” adlandırıblar.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın NATO-ya hücum etmək istədiyi ilə bağlı bəyanatları cəfəngiyyat adlandırıb.
“Bu cür bəyanatlar Qərb tərəfindən öz əhalisini aldatmaq və imperiya mövqeyini saxlamaq üçün edilir” deyə o əlavə edib.
Aysel Mətləb
tag: Rusiya,NATO,Avropa,ABŞ,Ukrayna,todaypress.az,