Avropada işçi ixtisarı davam edir
Böyük Britaniyanın ikinci ən böyük supermarketlər şəbəkəsi “Sainsbury” minlərlə əməkdaşını işdən çıxaracaq.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, supermarketlər şəbəkəsi xərcləri azaltmaq səyləri çərçivəsində 3 min işçisini ixtisar etmək planını açıqlayıb.
"Sainsbury"də 148 min nəfərin işlədiyini nəzərə alsaq, işdən çıxarılma əməkdaşların təxminən iki faizinə təsir edəcək.
Eyni zamanda, qeyd edilib ki, ixtisarın 20 faizi yüksək səviyyəli menecerlərdən olunacaq.
Nicat Osman
tag: Böyük Britaniya,Sainsbury,