Avropada qazın qiyməti 30% artdı
Avropada qazın orta qiyməti ötən illə müqayisədə kəskin artıb.
TodayPress xəbər verir ki, bu barədə London "ICE" fyuçers birjası məlumat yayıb.
Avropa mərkəzlərində qazın qiyməti 2024-cü ilin payızında artmağa başlayıb. 2025-ci ilin birinci rübündə 1000 kubmetr üçün 509 dollar təşkil edib. Apreldə qazın orta qiyməti mart ayı ilə müqayisədə 12,5% azalaraq 409 dollara yaxın, lakin 2024-cü ilin aprel ayı ilə müqayisədə 28% yüksək olub.
Ötən ay qazın qiymətlərinin qarışıq dinamikası bir sıra amillərlə bağlı olub. Aprel ayında hava mart ayına nisbətən xeyli isti olub, Avropa ölkələri yeraltı anbarlardan (YGS) az qaz götürüb və doldurma mövsümünə başlayıblar. Ayın sonuna yeraltı qaz anbarları 39 faizdən çox dolu olub və qazın vurulması prossesi hazırda da sürətlə davam edir.
Bundan başqa, Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ arasında aparılan danışıqlar prosesi, eləcə də ABŞ-nin 185 ölkə və ərazinin məhsullarına tətbiq etdiyi gömrük rüsumları qiymətlərə aşağı istiqamətli təzyiq göstərməkdə davam edir.
Eyni zamanda, Avropada qaza tələbat artdığından qazın qiyməti ötən illə müqayisədə bahadır. Bölgənin bu yay anbarları doldurmaq üçün daha çox qaza ehtiyacı olacaq.
Töhfə Səməd
tag: Avropa,Qaz,YGS,ABŞ,todaypress.az,