Avropada qazın qiyməti 500 dolları ötdü
Fevralın 28-də Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarını ötüb.
TodayPress xəbər verir ki, 28 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 500,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (485,8 dollar) ilə müqayisədə 3% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Nicat Osman
tag: Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,