Avropada qazın qiyməti ucuzlaşdı
2024-cü il sentyabrın 23-dən bəri ilk dəfə olaraq Avropa birjalarında qazın qiyməti 1000 kubmetr üçün 400 dollardan aşağı düşüb.
TodayPress xəbər verir ki, bu barədə "London ICE" məlumat yayıb.
Bildirilib ki, hərracların açılışında "TTF" indeksi üzrə may ayı fyuçersləri 1000 kubmetr üçün 398,7 dollara çatıb.
Aprelin 7-də Almaniyanın ən mühüm fond indeksi "DAX" 8,5% azalaraq 19.000 bənddən aşağı düşüb.
2024-cü il noyabrın 21-dən bəri ilk dəfədir ki, indeks belə səviyyələrə düşüb.
Həmin gün "Shanghai Composite" indeksi 7,34%, "Shenzhen Component" isə 9,66% ucuzlaşıb.
Ticarətin bağlanışına qədər "Shanghai Composite" 3,096,58-ə, "Shenzhen Component" isə 9,364,50-ə düşüb.
Aysel Mətləb
tag: Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,