"Avropada qiyamət gününə beş dəqiqə qalır"

Dünya

25.02.2025 13:00

2611

Almaniyanın gələcək kansleri, Xristian Demokratik Birliyi Partiyasının (XDB) lideri Fridrix Merts Avropada qiyamət gününə çox az qaldığını deyib.   

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Merts ABŞ-nin siyasətindəki dəyişiklik fonunda Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün sürətlə hərəkətə keçməli olduğunu bildirib. 

O, diqqətini Avropada qeyri-sabit geosiyasi vəziyyətə yönəldib, həmçinin rəsmi Vaşinqtonla yaxşı münasibətlər qurmağa çalışacağını bəyan edib. 

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib və Fridrix Mertsin rəhbərlik etdiyi CDU/CSU bloku qalib qalib gəlib.

Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası isə İkinci Dünya müharibəsindən sonra ən zəif nəticəsini əldə edib.

Nicat Osman

tag: Kansler,Merts,Qiyamət,Günü,Todaypress.az,