Avropada ticarət müharibəsi başlayır
Amerika rüsumları Avropa mallarına tətbiq edilərsə, Avropa İttifaqı (Aİ) vahid və inamlı şəkildə cavab verəcək.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek məlumat verib.
Eyni zamanda o, etiraf edib ki, hazırda işlər hərtərəfli gömrük münaqişəsinə doğru gedir.
Habekə görə, ABŞ-nin Kanada, Meksika və Çinə qarşı birtərəfli və əsassız tarifləri ilə başlayan sərtləşdirmə rüsumları var. Buna baxmayaraq, baş verə biləcək hər hansısa ticarət müharibəsində qalib heç bir tərəf olmayacaq.
“Nəticə, bazarlarda daha çox qeyri-müəyyənlik, inflyasiya, yüksək qiymətlər, daha az investisiya təhlükəsizliyi olacaq” deyə o bildirib. Nazir xəbərdarlıq edib ki, Almaniya heç bir halda ABŞ-nin qabağında durmamalıdır. Habek Vaşinqtonu Qərb dəyərlərinin əsaslarına meydan oxumaqda da ittiham edib.
Töhfə Səməd
tag: Almaniya,Vitse-kansler,Robert Habek,Ticarət,Todaypress.az,