Avropanın qaz ehtiyatı 50%-dən aşağı düşdü

Dünya

08.02.2025 15:07

1692

Avropa İttifaqı(Aİ) yeraltı qaz anbarlarındakı (UGS) qaz ehtiyatları 50%-dən aşağı olub və fevralda qaz çəkilmə sürəti rekord həddə yaxınlaşıb.

TodayPress xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb. 

İstilik mövsümü başlayandan bəri Aİ qış üçün yığılmış yanacaq həcminin yarıdan çoxunu yəni 53,2 milyard kubmetr qazı yeraltı qaz anbarlarından çıxarıb.

Hazırda Avropanın yeraltı qaz anbarları 49,99% doludur. Bu göstərici son beş il ərzində orta göstəricidən 8,18 faiz aşağıdır.

Cari ayda qaz ehtiyatlarının yüksək istehlak tempinə baxmayaraq, “UGS”də yanacağın ümumi həcmi 55,5 milyard kubmetr ilə fevralın əvvəlinə bütün müşahidə dövrü üçün maksimum hədd olub. 

“UGS”dən qazın götürülməsinin sonuncu mövsümü 31 mart 2024-cü ildə ehtiyatların 58,44%-nin qalması ilə başa çatıb.

Avropada cari həftə əvvəlki yeddi günlük dövrə nisbətən daha soyuq olub və gələn həftə üçün verilən hava proqnozu buna bənzəyir. 

Soyuq hava və külək istehsalının aşağı payı fonunda fevralın 8-də Avropa birjasında qazın qiyməti 13 oktyabr 2023-cü ildən bəri ilk dəfə 1000 kubmetr üçün 600 dolları ötüb.

Nicat Osman

tag: Qorxu,Görmə,Alim,Sağlamlıq,