Avstraliya: Ölkə Trampın prezidentliyi dövründə ABŞ-yə etibar edə bilməz

Dünya

20.02.2025 18:30

2395

Avstraliyanın keçmiş Baş naziri Malkolm Törnbul bildirib ki, ölkə prezident Donald Trampın administrasiyası dövründə ABŞ-yə arxalana biləcəyini güman edə bilməz. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

2015-ci ildən 2018-ci ilə qədər Avstraliyanın Baş naziri vəzifəsində çalışmış Törnbul “AUKUS” təhlükəsizlik tərəfdaşlığının böyük bir səhv olduğunu söyləyib.

"Biz dünyanın dəyişdiyini, Amerikanın dəyişdiyini qəbul etməliyik. Və biz keçmişdə olduğu kimi Amerikaya arxalana biləcəyimizi düşünə bilmərik" deyə Baş nazir Avstraliya Yayım Korporasiyası televiziyasına bildirib.

Onun sözlərinə görə, Tramp ikinci dəfə vəzifəyə gəldikdən sonra Danimarka, Kanada və digər ölkələri “incitməyə çalışıb”. 

Xatırladaq ki, 2021-ci ildə Avstraliya, ABŞ və Britaniya liderləri “AUKUS” paktı yaradıblar. Müqaviləyə əsasən Avstraliya nüvə enerjisi ilə işləyən sualtı qayıqlar almalıdır. 

Törnbul bildirib ki, pakt Avstraliyanı "Amerikanın həmişəkindən daha az etibarlı olduğu bir vaxtda" ABŞ-dən asılı vəziyyətə salıb.   

Aysel Mətləb

tag: Avstraliya,ABŞ,Tramp,Baş Nazir,Todaypress.az,