Avstraliya Qəzzaya humanitar yardımı artırır

Dünya

28.03.2025 12:49

2970

Avstraliya hökuməti Qəzza, Myanma və Əfqanıstandakı mülki şəxslər üçün əlavə humanitar yardım elan edib.   

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.   

Bildirilib ki, ölkənin xarici işlər naziri Penni Vonq, həmçinin Beynəlxalq İnkişaf və Sakit Okean üzrə nazir Pat Konroy martın 28-i Qəzzada mülki şəxslərə humanitar yardım üçün əlavə 11 milyon Avstraliya dolları ayırıblar.  

Bundan əlavə, onlar Avstraliya hökumətinin Myanma və Əfqanıstandakı “humanitar böhranlardan” zərər çəkmiş insanlar üçün əlavə 15 milyon Avstraliya dolları ayıracaqlarını bildiriblər.   

Vonq və Konroy birgə bəyanatda əlavə ediblər ki, Qəzzaya ayrılan əlavə maliyyə səhiyyə, qida və su da daxil olmaqla təcili ehtiyacları qarşılayacaq.  

“Avstraliya bütün tərəflərin Qəzzada atəşkəs və girovlarla bağlı razılaşmaya qayıtması üçün beynəlxalq çağırışın bir hissəsi olaraq diplomatik şəkildə iştirak edir. Biz mülki şəxslərin müdafiəsi, girovların azad edilməsi və davamlı humanitar yardım üçün təzyiqləri davam etdiririk" deyə Vonq vurğulayıb.   

Qeyd edək ki, onlar Qəzzadakı humanitar vəziyyəti “ağır” adlandırıblar. 

 Aysel Mətləb

tag: Avstraliya,Qəzza,Humanitar,Yardım,Todaypress.az,