Avstraliya səhrasındakı qəribə siqnalın sirri açıldı

Dünya

22.02.2025 17:45

2781

Amerikalı alimlər kosmos müşahidələrinə mane olan antropogen radiosiqnalların süzgəcdən keçirilməsi üçün yeni metod hazırlayıblar. 

TodayPress xəbər verir ki, bu barədə Avstraliya Astronomiya Cəmiyyəti (PASA) məlumat yayıb.

2013-cü ildə “Murchison Widefield Array” radio teleskopu Avstraliyanın radio-sakit zonasında gözlənilməz siqnal aşkar edib. 

Tədqiqatlar siqnalın Avstraliyanın “Seven Network” televiziya kanalının tezliyinə uyğun gəldiyini və təyyarədən əks olunduğunu təsdiqləyib.

Müdaxiləni müəyyənləşdirmək üçün alimlər yaxın sahə korreksiyası və şüa formalaşdırma metodlarından istifadə ediblər ki, bu da məlumatların səs-küydən təmizlənməsinə imkan verib.

Qeyd edək ki, bu tədqiqat astronomik müşahidələrin dəqiqliyini artırmaq üçün mühüm addımdır.

Nicat Osman

tag: Avstraliya,Kosmos,Siqnal,Təyyarə,Todaypress.az,