Avstraliya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır

Dünya

17.03.2025 10:38

2374

Avstraliya Ukraynaya sülhməramlı hərbi kontingent göndərməyə hazırdır. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanizi açıqlama verib.

Albanizi bir daha Avstraliyanın Kiyevə “sarsılmaz və dəyişməz” dəstək verdiyini vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Kanberra Ukraynada gələcək sülhməramlı missiyalarda iştirakla bağlı istənilən müraciəti nəzərdən keçirməyə açıqdır.

Baş nazir qeyd edib ki, sülhməramlı kontingentin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur, çünki Avro-Atlantik məkanında baş verən hadisələr Hind-Sakit okean regionuna da ciddi təsir göstərir.

O, həmçinin xatırladıb ki, Avstraliya indiyə qədər Ukraynaya 1,5 milyard Avstraliya dolları (təxminən 950 milyon ABŞ dolları) həcmində yardım ayırıb və Ukrayna ordusunun təliminə dəstək verib.

Albanizi vurğulayıb ki, Avstraliya öz imkanları və üstünlüklərindən çıxış edərək Ukraynaya lazım olduğu qədər dəstək verməyə davam edəcək.

Qiymət Mahir

tag: Avstraliya,Ukrayna,Kontingent,Hərbi,Todaypress.az,