Avstraliya Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazırdır

Dünya

04.03.2025 13:03

1580

“Avstraliya Ukraynaya sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı rəsmi müraciət daxil olarsa, bunu nəzərdən keçirməyə hazırdır”.

TodayPress xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanese Sidneydə jurnalistlərə açıqlamasında bildirib.

“Əgər belə bir müraciət olarsa, biz onu nəzərdən keçirəcəyik” deyə Albanese qeyd edib.  O, Avstraliyanın Ukraynada sülhməramlı missiyalarla bağlı müzakirələrdə iştirak etdiyini və hökumətin gələcəkdə istənilən təklifi dəyərləndirməyə açıq olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, Avstraliya tarix boyu sülhün təminatında mühüm rol oynayıb və Ukraynada da sülh görmək istəyir.

Bununla belə, indiyədək Kiyev Avstraliyadan rəsmi yardım istəməyib. Albanese həmçinin bildirib ki, Avstraliyanın Ukraynaya sülhməramlı qüvvə göndərmək barədə qərarı ABŞ-nin mövqeyindən asılı deyil.

“Avstraliya xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir və hazırda Kiyevə dəstək vermək milli maraqlarımıza uyğundur” deyə o qeyd edib. 

Qiymət Mahir

tag: Avstarliya,Ukrayna,Sülhməramlı,Münaqişə,Todaypress.az,