Avstraliyada “Alfred” siklonu hava və yerüstü nəqliyyatı iflic etdi
Avstraliyada Kvinslend ştatına yaxınlaşan “Alfred” siklonu hava və yerüstü nəqliyyatın dayanmasına səbəb olub.
TodayPress xəbər verir ki, bununla bağlı martın 5-də yerli media məlumat yayıb.
“Jetstar”, “Qantas” və “Virgin Australia” aviaşirkətləri martın 5-də və 6-da Yeni Cənubi Uels ştatının hava limanından nəzərdə tutulan 22 reysi ləğv edib.
“Qantas” hava yolları həmçinin Yeni Cənubi Uelsə aid Lord-Hau adasındakı hava limanından uçuşları dayandırıb.
Kvinslendin paytaxtı Brisbenə yaxın yerləşən Qold-Kost hava limanı marın 5-də yerli vaxtla 16:00-da fəaliyyətini dayandırıb. Siklonun təsiri yerüstü nəqliyyatda da hiss olunub.
“Greyhound Australia” avtobus şirkəti martin 6-dan 7-nə qədər Brisbenlə nəqliyyat əlaqəsini müvəqqəti dayandıracaq. Kvinslend ştat hökumətinin rəhbəri Devid Krisafulli sakinləri siklona qarşı evlərini hazırlamağa çağırıb. Proqnozlara görə, “Alfred” siklonu martın 7-də Kvinslendin cənub-şərq sahillərinə çatacaq.
Ştat ərazisində artıq güclü küləklər hiss olunur, martın 6-da isə leysan yağışlarının yağacağı və sel təhlükəsinin yarana biləcəyi bildirilib. Qeyd edək ki, Avstraliyada siklonlar küləyin sürətinə görə beş kateqoriyaya bölünür. İkinci kateqoriyaya aid siklon zamanı küləyin sürəti 89-117 km/saat, külək dalğalarının sürəti isə 125-164 km/saat arasında dəyişir.
Qiymət Mahir
tag: Alfred,Siklon,Yerüstü,Hava,Nəqliyyat,İflic,Todaypress.az,