Avstraliyada qızılcaya yoluxanların sayı kəskin artdı
Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində qızılca ilə bağlı sağlamlıq xəbərdarlığı edib.
TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Avstraliyanın Viktoriya Səhiyyə Departamenti Pakistana səfər etmiş və aprelin 24-də Dubaydan Melburuna uçan sərnişində yeni qızılca yoluxması halının qeydə alındığını bildirib.
Departamentin məlumatına görə, təkcə 2025-ci ildə ştatda 22 təsdiqlənmiş qızılca hadisəsi aşkarlanıb ki, bu rəqəm 2023 və 2024-cü illərdəki halların ümumi sayını üstələyir. Yoluxmaların əksəriyyətinin Melburn və ətraf ərazilərdə baş verdiyi vurğulanıb.
Avstraliyanın ikinci ən böyük əhalisinə malik olan Viktoriya ştatında 7 milyondan çox insan yaşayır.
Viktoriya ştatının Baş sanitar həkimi Tarun Viramantri açıqlamasında Melburn və qonşu Mitçell dairəsində qızılca təhlükəsinin artdığını bildirib.
“Son yoluxanların əksəriyyəti iki doza MMR (qızılca-kabakulak) peyvəndi qəbul etməmiş şəxslərdir” deyə o diqqətə çatdırıb.
O, həmçinin, dünya üzrə qızılca hallarının artması fonunda xaricdən Viktoriya ştatına virusun gətirilməsi riskinin də davam etdiyini bildirib.
Töhfə Səməd
tag: Avstraliya,Viktoriya,Qızılca,Səhiyyə Departamenti,todaypress.az,