Avstraliyada təyyarə qəzası baş verdi, ölən var
Avstraliyanın Yeni Cənubi Uels əyalətinin şimal-qərb hissəsində ölümlə nəticələnən təyyarə qəzası baş verib.
TodayPress xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.
Təyyarənin pilotu hadisə yerində ölüb, lakin onun şəxsiyyəti rəsmi olaraq açıqlanmayıb.
İlkin araşdırmalara görə, həmin şəxs təyyarənin tək sərnişini olub.
Hadisə yerinə polis əməkdaşları, o cümlədən təcili yardım həkimləri, yanğınsöndürənlər və Fövqəladə Hallar Xidmətinin əməkdaşları cəlb olunub.
Polis Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosunun köməyi ilə hadisə ilə bağlı təhqiqata başlayıb. Araşdırmalar davam edir.
Töhfə Səməd
tag: Avstraliya,Qəza,Təyyarə,Ölüm,todaypress.az,