Avstraliyada yol qəzası , azı 36 hərbçi xəsarət aldı
"Alfred" tropik qasırğasına hazırlıq işlərinə yardım üçün göndərilən Avstraliya hərbçiləri Brisben şəhərindən 220 km məsafədə qəzaya düşüb, 36 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıb.
Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir Bildirilib ki, qəza nəticəsində azı 36 hərbçi xəsarət alıb. Onlardan 8-nin vəziyyəti ağırdır.
Nicat Osman
tag: Avstraliya,Yol Qəzası,Hərbçi,Yaralı,Todaypress.az,