Avstraliyanın Baş naziri prioritetlərdən danışdı

Dünya

09.05.2025 18:30

18

Avstraliyanın Baş naziri Entoni Albanez tələbə borclarının 20 faiz azaldılmasını növbəti dövr üçün fəaliyyətində əsas prioritetlərdən biri adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, daşınmaz əmlak qiymətlərinin artması fonunda gənc avstraliyalılar həm ipoteka, həm də təhsil kreditləri səbəbindən maliyyə çətinlikləri ilə üzləşirlər. Albanez bildirib ki, borcların silinməsi ilə bağlı qanun layihəsi parlament yayda fəaliyyətini bərpa etdikdən sonra təqdim olunacaq ilk sənəd olacaq.

Qiymət Mahir

tag: Avstraliya,Baş nazir,Entoni Albanez,Borc,todaypress.az,