Avstriya NATO-ya üzv olmaq istəmir
"Avstriya NATO-ya üzv olmağı planlaşdırmır".
TodayPress xəbər verir ki, bunu ölkənin yeni kansleri Kristian Stoker deyib.
O bildirib ki, Avstriya neytral qalmaq istəyir. Belə ki, 1955-ci ildə ölkə konstitusiyasına neytrallıq maddəsi əlavə edib və bu qərar hələ də qüvvədədir.
Məlumata görə, Avstriya hərbi sahəyə az vəsait ayırır. Ötən il müdafiə xərcləri ÜDM-in cəmi 1 faizini təşkil edib.
Türkan İsgəndərli
tag: Avstriya,NATO,Üzv,Neytral,todaypress.az,