Avstriya XİN rəhbəri Ukraynaya gəldi

Dünya

14.03.2025 13:23

1987

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Beate Maynl-Rayzer Kiyevə səfərə gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Avstriyadakı səfiri Vasil Xyminets məlumat yayıb. 

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə Avstriya Federal Kansleri Kristian Ştokerlə görüşüb və onu bu yaxınlarda inauqurasiyası münasibətilə təbrik edib. 

Siyasətçilər humanitar minatəmizləmə sahəsində yardımın davam etdirilməsi, Ukraynanın enerji infrastrukturunun bərpası, məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisi kimi məsələləri müzakirə ediblər. 

Türkan İsgəndərli

tag: Avstriya,XİN,Ukrayna,Beate Meinl-Reisinger,Todaypress.az,