Avstriyada məktəblərdə mobil telefonlar qadağan ediləcək
Avstriyada
mayın 1-dən məktəblərdə birinci sinifdən səkkizinci siniflərə qədər mobil
telefonların istifadəsi qadağan ediləcək.
TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin yeni təhsil naziri
Kristof Viderker bildirib.
“Qadağa
səkkizinci sinfə qədər olan şagirdlər üçün dərslər və tənəffüslər zamanı
qüvvədə olacaq” deyə o bildirib.
Eyni zamanda,
o əlavə edib ki, təhsil müəssisələri müstəqil şəkildə bəzi istisnalar edə
bilərlər. Məsələn, təhsil məqsədləri üçün mobil telefondan istifadənin zəruri
olduğu hallarda bu istisnalar ola bilər.
tag: Avstriya, Məktəb, Mobil, Telefon, Smartfon, Qadağa, todaypress.az,