Avstriyadan Ukraynaya 7 milyonluq yardım

Dünya

14.03.2025 17:58

770

Avstriya Ukraynaya 7 milyon avro dəyərində yardım ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger Ukraynaya səfəri zamanı deyib.   

Yardımın 5 milyonu kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, 2 milyonu isə taxılın Yaxın Şərq ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. 

Qeyd edək ki, martın 14-ü baş tutan görüş çərçivəsində avstraliyalı nazir ukraynalı həmkarı Andrey Sibiqa ilə həlak olan əsgərlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar. 

Türkan İsgəndərli

tag: Avstriya,Ukrayna,Yardım,Səfər,Todaypress.az,