Avtomobil insanların üzərinə sürüldü: yaralılar var

Dünya

13.02.2025 15:40

2652

Almaniyanın Münhen şəhərində avtomobil həmkarlar ittifaqının nümayişində iştirak edən insanların üzərinə sürülüb.   

TodayPress xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 

Hadisə nəticəsində azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar arasında uşaqlar da var.   

Hadisənin səbəbləri araşdırılır.

Sürücü saxlanılıb və hüquq-mühafizə orqanları onun hərəkətinin qəsdən olub-olmadığını müəyyənləşdirir. 

Şahidlərin sözlərinə görə, hadisə yerinə çatan polis əməkdaşları iki nəfərə atəş açıblar və onlardan biri yaralanıb.

Digər şəxsin harada olduğu hələlik bilinmir.

Nicat Osman

tag: Almaniya,Münhen,Yaralı,Araşdırma,