Avtomobil izdihama çırpıldı - 11 nəfər yaralandı
Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə Danimarkanın "TV-2" telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.
Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.
tag: Kopenhagen, AVtomobil, Qəza, Xəsarət, todaypress.az,