“Azadlıq Donanması”na zərbə
Humanitar yardım işçilərini daşıyan “Azadlıq Donanması”nın gəmisi İsrailin pilotsuz uçuş aparatı tərəfindən Qəzza sahilləri yaxınlığında, Fələstin anklavına tətbiq edilən blokadanı yarmağa cəhd edərkən hücuma məruz qalıb.
TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
PUA-nın zərbəsi nəticəsində gəmidə yanğın baş verib.
Ekipaj SOS siqnalı göndərib və bu siqnala Kipr Hərbi-Dəniz Qüvvələri cavab verib.
Telekanalın məlumatına görə, hazırda gəmi Maltanın sahilləri yaxınlığında beynəlxalq sularda lövbər salıb.
Qiymət Mahir
tag: Azadlıq Donanma,Qətər,İsrail,Qəzza,todaypress.az,