“Azadlıq radiosu”nun maliyyələşdirilməsi dayandırıldı
“Azad Avropa/Azadlıq Radiosu” Media
Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin
alınmasını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə korporasiyanın
prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.
ABŞ prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin
Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin
əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb
Agentlik “Azadlıq radiosu” media korporasiyasına və
Amerikanın Səsi radiostansiyasına nəzarət edir.
Agentliyin məktubunda “Azadlıq radiosu”nu maliyyələşdirən
ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.
Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə
rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası
və Amerikanın Səsi radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.
Xatırladaq ki, 1970-ci illərin əvvəllərinə qədər “Azadlıq
radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki
Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib.
Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan
sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa
başlayıb.
Bir sıra ekspertlər qeyd edirlər ki, “Azadlıq” radiosu
“demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə
məşğuldur.
tag: Azadlıq Radiosu, Maliyyə, Bağlandı, Konqres, Amerikanın Səsi, todaypress.az,