Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum oldu
Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər
nazirlərinin növbəti görüşünün yeri məlum olub.
TodayPress xəbər verir ki, bunu Gürcüstanın xarici işlər
naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə görüşündə deyib.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji
tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə
üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi
bildirilib.
Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq,
Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz
Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.
Xarici işlər nazirləri regiondakı vəziyyət və
təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq üçün birgə səylərin əhəmiyyətini
də müzakirə ediblər.
Maka Boçorişvili bir daha Gürcüstanın Cənubi Qafqazda
sülh və sabitliyin təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiq edib.
tag: Gürcüstan, Tblisi, Gürcüstan, XİN, Türkiyə, todaypress.az,