Baltik dənizi üzərində naməlum təyyarə
Almaniya Hərbi Hava Qüvvələri (HHQ) Baltik dənizi üzərində naməlum təyyarəni müşayiət etmək üçün qırıcıları havaya qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Nazirlər Kabineti məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Natali Yenninqin sözlərinə görə, təyyarə Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçuş planı olmadan və transponder siqnalı vermədən hərəkət edib.
Bununla belə, o vurğulayıb ki, hava gəmisinin nə NATO-nun, nə də Almaniyanın hava məkanını pozduğu qeydə alınmayıb.
Töhfə Səməd
tag: Almaniya,Hərbi Hava Qüvvələri,Baltik Dənizi,Naməlum,Təyayrə,Todaypress.az,