Baş nazir: "Kanada ABŞ-nin parçası olmayacaq"
"Kanada heç vaxt Amerika Birləşmiş Ştatların bir parçası olmayacaq".
TodayPress xəbər verir ki, bu sözləri Kanadanın yeni Baş naziri Mark Karni deyib.
O, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarifləri ölkə üçün əsas təhlükə kimi qiymətləndirib.
"Bizim hökumət etibarlı ticarət tərəfdaşları ilə daha güclü iqtisadiyyat, yeni ticarət əlaqələri yaratmaq və sərhədlərimizi qorumaq planını həyata keçirir" deyə Karni bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Kanada,Baş Nazir,Mark Karni,Todaypress.az,