Baş Nazir: Myanma zəlzələdən sonra xarici yardımı qəbul etməyə hazırdır
Myanmanın
baş naziri Min Aunq Hlainq zəlzələdən əziyyət çəkən xalqının istənilən ölkədən
yardım almağa hazır olduğunu və Hindistan, Cənub-Şərqi Asiya Ölkələri
Assosiasiyasının təkliflərinin qəbul edildiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Xəbər
agentliyinin məlumatına görə, o, televiziya ilə çıxışı zamanı xarici dövlətləri
ölkəsinə yardım etməyə çağırıb, həmçinin zəlzələ nəticəsində ölənlərin sayının
hələ də arta biləcəyi barədə xəbərdarlıq edib.
Son
məlumatlara görə, Myanmada zəlzələlər nəticəsində ümumilikdə 144 nəfər həyatını
itirib, daha 732 nəfər yaralanıb.
Myanmada
martın 28-də zəlzələ baş verib. Müxtəlif mənbələr zəlzələnin maqnitudasını
7,7-dən 7,9-a qədər qiymətləndirib. Bundan sonra 6,4 bal gücündə ikinci böyük
zəlzələ baş verib. Son məlumata görə, Tailandın paytaxtında azı 8 nəfər ölüb,
110-dan çox insan itkin düşüb.
Aynur TAC
tag: Myanma,Qurban, Ölüm, Xilasedici,Yaradım, Hindistan, Çin, todaypress.az,