Başqırdıstanda istehsal müəssisəsi yandı

Dünya

17.04.2025 10:45

14

Aprelin 17-də Başqırdıstanın paytaxtı Ufada PVC materialdan qayıq istehsalı üzrə fəaliyyət göstərən sexdə yanğın olub. 

TodayPress xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi “Telegram” kanalında yayılan məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.  Alov 400 kvadratmetrə qədər əraziyə yayılıb.

Yanğının söndürülməsinə 40 nəfərlik şəxsi heyət və 10 texnika cəlb edilib. 

Qiymət Mahir

tag: Rusiya,Başqırdıstan,Müəssisə,Yanğın,Todaypress.az,