Bayden siyasətə qayıtmaq istəyir

Dünya

21.03.2025 17:30

1094

ABŞ-nin 46-cı prezidenti Cozef Bayden siyasətə qayıtmaq istədiyini açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"Bayden keçən ay Demokratlar Partiyasının Milli Komitəsinin yeni sədri Ken Martin ilə təkbətək görüşüb və partiyanın populyarlığının aşağı düşdüyünü göstərən sorğular fonunda kömək təklif edib" deyə telekanal bildirib.

Demokratların Baydenin təklifinə hələ də maraq göstərmədiyi vurğulanır. Lakin onlar partiya rəhbərliyi ilə bağlı problemlər və güclü liderlərin olmaması səbəbindən razılaşa bilərlər.

Töhfə Səməd

tag: ABŞ,Cozef Bayden,Demokratlar Partiyası,Milli Komitə,Ken Martin,todaypress.az,