Baydenin çıxışı təşkilatçılara 300 min dollara başa gələcək
ABŞ-nin keçmiş prezidenti Co Baydenin tədbirdə çıxış etməsi təşkilatçılara 300 min dollara başa gələcək.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadla yazıb.
Məlumata görə, əgər tədbir başqa şəhərdə baş tutarsa, Baydenin şəxsi təyyarə ilə uçuşu və beş köməkçisinin xərcləri də ödənməlidir.
Bu məbləğ əvvəlki prezident Barak Obamanın tələb etdiyi 400 min dollarlıq çıxış qonorarı ilə müqayisədə 25% azdır.
Lakin Baydenin maraqlarını təmsil edən “Creative Artists Agency” agentliyinin onu natiq kimi dəvət etmək istəyənləri tapmaqda çətinlik çəkdiyi qeyd olunur.
Qiymət Mahir
tag: ABŞ,Bayden,Çıxış,300 min,Dollar,Todaypress.az,