BƏƏ Azərbaycan - Ermənistan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan
Respublikası və Ermənistanın sülh danışıqlarının başa çatması barədə
açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm
Azərbaycanın, Ermənistanın, həm də bütün Qafqaz regionunun inkişafına nail
olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək.
TodayPress xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin “X”
sosial şəbəkəsindəki paylaşımında deyilir.
Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana
Zəki Nuseybe qeyd edib ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizlik
və sülhün möhkəmləndirilməsi, davamlı, konstruktiv əməkdaşlığın yeni
dövrünü başlayacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkə arasında
razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.
Nuseybe BƏƏ-nin Azərbaycan və Ermənistanla geniş
əlaqələrə malik olduğunu və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında
əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.
tag: BƏƏ, Azərbaycan, Ermənistan, Sülh,todaypress.az,