BƏƏ İtaliyaya 40 milyard sərmayə yatıracaq

Dünya

24.02.2025 19:40

700

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İtaliyaya 40 milyard dollar sərmayə qoymağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Qeyd olunub ki, İtaliyanın Baş naziri Ciorcia Meloni 2022-ci ildə vəzifəyə gəldikdən sonra Körfəz ölkələri ilə əlaqələri gücləndirməyə çalışır. 

Meloni, İtaliya-BƏƏ Biznes Forumunda bunu “tarixi gün” adlandıraraq, tərəfdaşlığın süni intellekt, məlumat mərkəzləri, kosmik tədqiqatlar, bərpa olunan enerji və nadir torpaqlar kimi strateji sahələrə yönəldiyini bildirib.

Qeyd edək ki, İtaliya ötən ay Səudiyyə Ərəbistanı ilə 10 milyard dollarlıq müqavilələr imzaladığını açıqlayıb.

Nicat Osman

tag: Birləşmiş Ərəb Əmirlikləri,İtaliya,Baş nazir,Ciorcia Meloni,todaypress.az,