Belarus müdafiəsini gücləndirir

Dünya

11.04.2025 18:39

14

Belarusda ölkənin müdafiə sisteminin inkişafı çərçivəsində sərhəddə yeni ərazilər yaradılır. 

TodayPress xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general - mayor Pavel Muraveyko bildirib. 

Onun sözlərinə görə, möhkəmləndirilən ərazilər qoşunların müdafiəsi üçün yararlı olacaq. 

Baş Qərargah rəisi əlavə edib ki, əlavə qüvvə və müdafiənin gücləndirilməsi hücum xarakteri daşımır.   

Türkan İsgəndərli

tag: Belarus,Sərhəd,Müdafiə,Gücləndirmə,Todaypress.az,