Belarus ordusunu sınaqdan keçirir

Dünya

24.03.2025 17:10

1498

Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığı yoxlanılır.

TodayPress xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yoxlanış Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə martın 24-də başlayıb. 

Yoxlamaya cəlb olunan bölmələr təyin olunmuş ərazidə təhlükəsizlik və müdafiə tədbirlərində iştirak etməli olacaqlar. Bundan əlavə, əsgərlər kamuflyaj məşq etməli və standart silahlardan sınaq atışları həyata keçirəcəklər.

Nazirliyin məlumatına görə, Belarus Silahlı Qüvvələrinin komandanlığı təlimlər zamanı real döyüş əməliyyatlarına yaxın mühitin yaradılması üçün müasir münaqişələrin təcrübəsini nəzərə alıb. Bununla bağlı təlimlərə zərbə və kəşfiyyat pilotsuz təyyarələrinin ekipajları, eləcə də aviasiya cəlb olunub.

Türkan İsgəndərli

tag: Belarus ,Ordu,Sınaq,Aleksandr Lukaşenko,todaypress.az,