Belarus Qərb siyasətçilərinin sülh istəmədiyini iddia edir
"Qərb siyasətçiləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin əleyhinədirlər və hərbi əməliyyatların davam etdirilməsinə çağırırlar".
TodayPress xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.
O qeyd edib ki, bu gün Qərb siyasətçilərinin istifadə etdikləri ritorika qəbuledilməzdir.
“Maskalar artıq tamamilə çıxarılıb, heç kim sülh və ya vəziyyətin sabitləşməsini istəmir. Hər şey daha çox aqressiyaya sövq edir, Ukraynada hərbi əməliyyatları davam etdirməyə çağırır” deyə nazir bildirib.
Aysel Mətləb
tag: Belarus,Viktor Xrenin,Sülh,Qərb,Todaypress.az,