Belarus Qərbi müharibə başlatmaqla ittiham etdi
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, xarici qüvvələr açıq şəkildə yeni müharibəyə hazırlaşır və bu səbəbdən SSRİ-nin Böyük Vətən Müharibəsində göstərdiyi şücaətin xatırlanması onların maraqlarına uyğun deyil.
TodayPress xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Prezident əlavə edib ki, Rusiya Federasiyasının Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat, əslində, gələcək daha genişmiqyaslı münaqişənin başlanğıcıdır.
Lukaşenko həmçinin dünya mediasında informasiya müharibəsinin qızışdığını və bunun real silahlı qarşıdurmaya çevrilə biləcəyini söyləyib. Bununla yanaşı, o, mediada tarix və yaddaş uğrunda aparılan müzakirələri və cəmiyyətin bu məsələyə diqqətini müsbət qiymətləndirib.
Türkan İsgəndərli
tag: Belarus,ukaşenko,SSRİ,Qərb,todaypress.az,