Belarus sərhədində itkin düşən ABŞ əsgərləri: zirehli maşın tapıldı
Litvada itkin düşmüş 4 amerikalı əsgərin olduğu zirehli maşın tapılıb.
TodayPress "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Litvada Belarusla sərhədə yaxın Şvençionis rayonunda yerləşən Pabrade poliqonunda keçirilən hərbi təlimlər zamanı 4 amerikalı əsgər yoxa çıxıb.
Təlimlər Litvada yerləşən bölmələri hazırlayan ABŞ-nin rotasiya qüvvələrinin tərkibində keçirilib.
6 gün davam edən axtarış əməliyyatı nəticəsində bataqlıqda qalmış zirehli maşın hadisə yerindən çıxarılıb. Hazırda Litva hərbi polisi hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün amerikalı müstəntiqlərlə birlikdə işləyir.
İtkin düşən əsgərlərin "M88 Hercules" zirehli xilasetmə maşınında olduğu güman edilir.
Qeyd edək ki, ABŞ-nin 3-cü Piyada Diviziyasının iki batalyonu müvafiq sərhəddə doqquz ay qalacaq.
Litva və digər NATO müttəfiqləri ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır.
Töhfə Səməd
tag: ABŞ,Belarus,NATO,Təlim,Əsgər,İtkin,Todaypress.az,