Belçika gender-neytral şəxsiyyət vəsiqəsi hazırlayır
Belçika vətəndaşların şəxsiyyət vəsiqələrində cinsiyyətdən tamamilə imtina etməsinə icazə verəcək.
TodayPress xəbər verir ki, bu barədə "Belqa" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Belçikada iki növ şəxsiyyət vəsiqələri olacaq: cinsiyyət göstəricisi olan və olmayan.
Mövzu ilə bağlı Belçikanın təhlükəsizlik və daxili işlər naziri Bernard Kvent bildirib ki, özünü nə kişi, nə də qadın hesab etməyən insanlar birbaşa və rəsmi müraciət əsasında öz cinsi kimliyini şəxsiyyət vəsiqəsindən çıxara biləcəklər.
Türkan İsgəndərli
tag: Belçika,Gender,Neytral,Şəxsiyyət,Vəsiqə,Todaypress.az,