Belçika rəsmiləri Ukraynaya getdi

Dünya

08.04.2025 14:22

17

Belçikanın Baş naziri Bart De Vever, xarici işlər naziri Maksim Prevost və ölkənin müdafiə naziri Teo Franken Ukraynaya səfər edib. 

TodayPress xəbər verir ki, "VRT" məlumat yayıb. 

Məlumata görə, Belçika nümayəndə heyəti Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Onların nazirlər səviyyəsində ikitərəfli görüşləri də planlaşdırılır. 

"Bu səfər təkcə siyasi və hərbi həmrəylik deyil, həm də beynəlxalq əməkdaşlıq, ümid və gələcəyə aiddir" Belçika Xarici İşlər Nazirliyi bildirib. 

Xatırladaq ki, Ukrayna və Belçika təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar. 

Türkan İsgəndərli

tag: Belçika,Ukrayna,Səfər,Görüş,Todaypress.az,