Belçika Ukraynaya 150 milyon avro texniki yardım göstərəcək

Dünya

17.04.2025 15:25

12

Belçika Ukraynanın bərpasına dəstək proqramı (BE-Relieve Ukrayna Proqramı) çərçivəsində ölkəyə 150 milyon avro dəyərində texniki yardım göstərəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Bildirilib ki, layihə Belçika Krallığı Hökuməti tərəfindən Belçika İnkişaf Agentliyi (Enabel) vasitəsilə həyata keçirilir və Kiyev də daxil olmaqla, konkret regionları əhatə edəcək. 

Layihə Ukraynanın enerji infrastrukturunun modernləşdirilməsini (mərkəzləşdirilməmiş istilik və enerji təchizatı sistemlərinin tətbiqi, mobil qazanxanaların və generatorların çatdırılması), tibb müəssisələrinin yenidən qurulmasını, reabilitasiya proqramlarının həyata keçirilməsini və inklüziv xidmətləri əhatə edir. 

Prioritet tədbirlər sırasında təhsil müəssisələri üçün 212 generatorun, xəstəxanalar və bələdiyyə müəssisələri üçün səyyar qazanxanaların gətirilməsi, tibb infrastrukturu obyektlərinin təmiri də var. Bundan əlavə, layihə məktəb və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsini, islahatları dəstəkləyəcək və belçikalı tərəfdaşlarla əlaqələri gücləndirəcək fəaliyyətləri həyata keçirməyi planlaşdırır. 

Belçika hökuməti Rusiyanın ölkədəki dondurulmuş aktivlərindən keçən il 1,7 milyard avro vergi gəliri əldə edib və bu vəsait Ukraynaya yardım proqramlarına yönəldiləcək.

tag: Belçika,Ukrayna,Yardım,Texniki,Todaypress.az,