Belçika Ukraynaya hər il yardım ayıracaq
Belçika hökuməti Ukraynaya yeni ikitərəfli yardım paketi təqdim etmək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart de Vever məlumat verib.
Paketə əsasən, Brüssel hər il bir milyard avro ayırmağı vəd edib.
Hökumət başçısı bildirib ki, Brüssel 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinə (AFU) F-16 qırıcılar verəcək.
Xatırladaq ki, Belçikanın Baş naziri Bart De Vever, xarici işlər naziri Maksim Prevost və ölkənin müdafiə naziri Teo Franken Ukraynada səfərdədir.
Türkan İsgəndərli
tag: Belçika,Ukrayna,YArdım,Maddi,Todaypress.az,