Belçika Ukraynaya qoşun göndərə bilər

Dünya

19.02.2025 14:40

1482

Belçikanın müdafiə naziri Teo Franken müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıq olduğunu bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında məlumat verib.

Nazirin fikrincə, Regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür.

Franken qeyd edib ki, Belçika minlərlə əsgər göndərə bilməz, lakin Brüssel həmişə öz müttəfiqlərinə kömək edir.

Nicat Osman

tag: Belçika,Ukrayna,Münaqişə,Sülhməramlı,Todaypress.az,