Belqoroda pilotsuz təyyarə hücumu : 3 nəfər yaralandı

Dünya

05.04.2025 22:20

2544

Ukraynaya məxsus pilotsuz təyyarənin Rusiyanın Belqorod vilayətində avtomobili vurması nəticədə 3 nəfər yaralayıb.

TodayPress xəbər verir ki, bu barədə şəhər Qubernatoru Vyaçeslav Qladkov  “Telegram” kanalında bildirib.

"Borisovski rayonunun Beryozovka qəsəbəsi Ukraynaya məxsus pilotsuz uçan aparatın hücumuna məruz qalıb. Pilotsuz təyyarə avtomobili vurub, iki kişi və 15 yaşlı yeniyetmə yaralanıb" qubernator qeyd edib..

Regional hökumətin məlumatına görə, hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Aynur TAC

tag: PUA, Rusiya, Ukrayna, Müharibə, Yaralı, Xəstəxana, Belqorod, Avtomobil, todaypress.az,