Belqorodın 7 kəndi PUA hücumuna məruz qaldı

Dünya

16.04.2025 04:50

15

Rusiyanın Belqorod vilayətində 7 yaşayış məntəqəsi Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

TodayPress xəbər verir ki, bu barədə Regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.

Məlmata görə, hücum nəticəsində heç kim xəsarət almayıb.

"Ukrayna pilotsuz təyyarələri bölgəmizə hücumlarını davam etdirir. İlkin məlumatlara görə, bu dəfə heç kim xəsarət almayıb. Pilotsuz uçan aparatlarının Krasnıy Oktyabr kəndində iki dayanacaqa hücumu nəticəsində beş avtomobilə ziyan dəyib. Pilotsuz təyyarə Yasnıye Zori kəndində inzibati binaya hücum edib, pəncərələri sındırıb" o bildirib.

Aynur TAC

tag: Rusiya, Ukrayna, Belqorod, Qubernator, PUA, Hücum, todaypress.az,