Belqradda etirazçıların sayı 31 minə çatdı
Belqradda keçirilən etiraz aksiyaları zamanı nümayişçilər Yeni Belqrad ərazisindəki ən böyük nəqliyyat kəsişməsini bağlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, nümayişçilər dairəvi yol və ona daxil olan magistralların hərəkətini bağlayıblar.
Polis əməkdaşları aksiyaya müdaxilə etmirlər. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda protestdə iştirak edənlərin sayı 31 min nəfərə çatıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç 8 martda Serbiyadakı tələbə etirazlarının radikallaşması haqqında danışıb.
O, etirazların əksər hallarda müxalifət partiyaları tərəfindən təşkil edildiyini və bununla əlaqədar olaraq etirazlara dəstəyin azaldığını qeyd edib.
Serbiyada kütləvi etirazlar artıq bir neçə aydır davam edir. Aksiyalar Novi-Sad şəhərindəki dəmir yolu stansiyasında baş vermiş hadisə ilə əlaqədar başlayıb.
Noyabrın 1-də stansiyanın giriş qapısının üstündəki şüşə, metal və beton konstruksiya çökmüş və nəticədə çox sayda insan yaralanmışdı.
Əvvəlki məlumatlara görə, etirazçıların Vuçiçi devirmək şansları qiymətləndirilib.
Qiymət Mahir
tag: Serbiya,Belqrad,Etirazçı,Vucic,Todaypress.az,